Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 585 yeni yoluxma faktı qeydə alınıb, 489 nəfər müalicə olunaraq sağalıb.
AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, son sutkada COVID-19-dan bir nəfər vəfat edib.
Ölkədə bu günədək ümumilikdə 808 569 nəfər koronavirusa yoluxub. Onlardan 795 110 nəfər müalicə olunaraq sağalıb, 9 785 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 674 nəfərdir.