Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub

Aktual

15.06.2023 - 16:39

Həkimlər Klinikalar SEO Xidməti

Analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 888 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 593 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 14 nəfərdir.

Ölkədə son sutka ərzində 922, hazırkı dövrədək isə 7 635 681 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş