Azərbaycanda daha 26 nəfər COVID-19-a yoluxub

Aktual

18.06.2022 - 17:06

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada COVID-19-dan bir nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 792 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 151 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 118 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 189, bu günə qədər isə ümumilikdə 6 936 343 test icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş