Azərbaycanda daha 2 nəfər COVID-19-dan vəfat edib

Aktual

18.09.2022 - 16:52

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 180 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 180 yeni yoluxma faktı qeydə alınıb, 269 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 2 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 819 518 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 807 967 nəfər müalicə olunaraq sağalıb, 9 886 nəfər vəfat edib, aktiv xəstə sayı 1 665 nəfərdir.

Ölkədə son sutka ərzində 2 718, hazırkı dövrədək isə 7 215 763 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş