Daha 476 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 476 yeni yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 3 nəfər ölüb.