Azərbaycanda COVID-19-la bağlı SON VƏZİYYƏT

Aktual

03.06.2022 - 17:14

Həkimlər Klinikalar SEO Xidməti

Daha 6 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 791 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 029 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 49 nəfərdir.

Ölkədə son sutka ərzində 2 112, hazırkı dövrədək isə 6 903 117 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş