Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Aktual

14.05.2022 - 17:35

Həkimlər Klinikalar SEO Xidməti

Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 279 nəfərdir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3324 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 372, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2302, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 279 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 684 752, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 343 567, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 843 793, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 254 508, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 242 884 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş