Azərbaycanda COVID-19-a sutkalıq yoluxma sayı artdı

Aktual

21.06.2022 - 16:39

Daha 21 nəfər koronavirusa yoluxub, 16 nəfər sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 036 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 181 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib, aktiv xəstə sayı 139 nəfərdir.

Ölkədə son sutka ərzində 2 646, hazırkı dövrədək isə 6 942 791 test aparılıb.

Qeyd edək ki, ötən sukta koronavirusa yoluxanların sayı 5 olmuşdu. 

Müəllif: Ayna.az