Azərbaycanda COVID-19-a sutkalıq yoluxma azaldı

Xəbərlər

07.09.2020 - 17:03

cedabet dərman SEO Xidməti

132 nəfər müalicə olunaraq sağalıb, 89 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər vəfat edib

 

Azərbaycanda koronavirus infeksiyasına daha 132 nəfər müalicə olunaraq sağalıb, 89 yeni yoluxma faktı qeydə alınıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 37 min 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 34 min 837 nəfər müalicə olunaraq sağalıb, 551 nəfər vəfat edib. Aktiv xəstə sayı 2030 nəfərdir.

 

Ötən müddət ərzində 967 min 40 test aparılıb. Bugünkü test sayı isə 3936-dır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş