Azərbaycanda bir gündə 54 mindən çox şəxsə peyvənd vurulub

Xəbərlər

02.06.2021 - 17:21

Ölkəmizdə koronavirus əleyhinə vaksinasiyadan keçənlərin sayı açıqlanıb

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 54 379 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 876, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 503 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 367 094, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 452 774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 914 320 təşkil edir.

#

Müəllif: Ayna.az