Azərbaycanda 20 mindən çox şəxsə qripə qarşı peyvənd vurulub

Xəbərlər

26.01.2023 - 12:31

Peyvənd olunmaq istəyənlər qeydiyyatda olduqları tibb müəssisəsinə müraciət edə bilərlər

Ötən il dekabr ayının 15-dən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfərə qrip xəstəliyinə qarşı peyvəndlənib. AYNA xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, Bakı şəhəri üzrə bu rəqəm 4 862 nəfər təşkil edib.

Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Şəmkir, Zaqatala, Göyçay, Ağdaş, Bərdə, Salyan və Tovuz rayonları vaksin olunan şəxslərin sayına görə ilk onluqda qərarlaşıblar. Qax, Gədəbəy və Saatlı rayonlarında vaksin olunanların sayı digər rayonlarla müqayisədə daha azdır.

Xatırladaq ki, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda 21 noyabrdan etibarən influenza epidemiyası elan olunub.

İnfluenza virusuna qarşı effektivliyi sübuta yetirilmiş vaksinlər mövcuddur və ildə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür.

Ötən il dekabr ayının 15-dən etibarən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır. Arzu edən şəxslər peyvənd üçün qeydiyyatda olduqları tibb müəssisəsinə müraciət edə bilər.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə