"Başın sağ olsun, qardaş Türkiyə"
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyə xalqına İdlibdə şəhid olmuş türk əsgərləri ilə bağlı başsağlığı verib. AYNA xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində məlumat paylaşılıb.
“İdlibdə Türkiyə əsgərlərinin şəhid olması xəbəri bizi dərindən kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı veririk. Başın sağ olsun, qardaş Türkiyə", - məlumatda deyə qeyd olunub.