"Azərbaycan və Ermənistan arasında danışıqlar konstruktiv keçir"

Siyasət

29.06.2023 - 22:37

Həkimlər Klinikalar SEO Xidməti

Miller: "Blinken görüşün nəticələri ilə bağlı açıqlama verəcək"

“ABŞ Dövlət Departamentində Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir və danışıqlar konstruktiv keçir”.

AYNA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ Dövlət Katibi Antoni Blinken bu gün görüşün nəticələri ilə bağlı açıqlama verəcək:

“ABŞ Dövlət Katibi Antoni Blinken bu gün yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə təkbətək, sonra onların ikisi ilə birlikdə görüş keçirəcək. O, daha sonra görüşün nəticələri ilə bağlı da danışacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş