Azərbaycan Tank biatlonu müsabiqəsində dördüncü olub

Xəbərlər

05.09.2020 - 19:11

cedabet dərman SEO Xidməti

Müsabiqədə final mərhələsi baş tutub

 

Rusiyada keçirilən Beynəlxalq Ordu oyunlarına yekun vurulub. AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə, Moskva vilayətinin Alabino poliqonunda keçirilən Tank biatlonu müsabiqəsinin final mərhələsi baş tutub.

 

Finalda Rusiya, Çin və Belarus tankçıları ilə mübarizə aparan Azərbaycan hərbçiləri hədəfləri və maneələri dəf ediblər.

 

Azərbaycan tankçıları Tank biatlonu müsabiqəsində 16 ölkə arasında dördüncü yeri tutublar.

 

Turnirin qalibi isə daha güclü tankla mübarizə aparan Rusiya tankçıları olub. İkinci və üçüncü yerləri müvafiq olaraq Çin və Belarus tankçıları qazanıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş