Müdafiə Nazirliyi: Bu halda antiterror tədbirləri dayandırılacaq
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırır. Bu halda antiterror tədbirləri dayandırılacaq. AYNA xəbər verir ki, bu ifadələr Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda əksini tapıb.
Bildirilib ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti ilə operativ təmasdadırlar və onların öz vəzifələrini icra etmələri üçün hər cür şərait yaradılır.