Hər kəs bu əsgərdən danışır

Maraqlı

14.02.2020 - 14:06

Əsgər 16 tank ilə evlilik təklifi edib

 

Hər kəs Rusiyadakı ağılalmaz evlilik təklifinin görüntülərindən danışır. Həmin görüntülər artıq sosial mediada yayımlanıb. 


Belə ki, Rusiyada bir əsgər sevgilisinə 16 tank ilə qurduğu ürək şəklinin ortasında evlilik təklif edib.


Rus əsgər Moskva vilayətinin bir kəndində yerləşən Alabino poliqonunda 16 ədəd "T-72B3" tankı ilə yaradılan ürək şəklinin ortasında sevgilisi ilə addımlamağa başlayıb. Sonra ürək formasında düzülmüş tankların ortasında sevgilisinin qarşısında diz çökərək qıza evlənmə təklif edib.

Rusiya mətbuatı gənc qadının evlilik təklifini qəbul etdiyini yazıb. Gənc əsgərin "evlilik təklifi" ilə bağlı görüntüləri Rusiya ordusunun Zvezda kanalı yayımlayıb.


Gənc qadının ürək formasında düzülmüş tankların arası ilə gedərkən gözünü yumduğu müşahidə edilib.

Müəllif: Ayna.az