Azərbaycan Prezidenti yunanıstanlı həmkarını təbrik edib

Xəbərlər

25.03.2026 - 13:12

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Konstantinos Tasoulasa təbrik ünvanlayıb.

AYNA.AZ xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Yunanıstan xalqına əmin-amanlıq və rifah arzulayıram”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş