Azərbaycan Ordusunun Füzulidəki mövqeləri atəşə tutulub

Xəbərlər

29.08.2023 - 09:53

Müdafiə Nazirliyi məlumat yayıb

Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş