Azərbaycan Ordusunun əsgəri vəfat edib - FOTO

Xəbərlər

27.05.2022 - 22:06

Həkimlər Klinikalar SEO Xidməti

Əsgər qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində vəfat edib

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Mehralı Novruz oğlu mayın 27-də qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.

Müdafiə Nazirliyindən AYNA-ya bildirilib ki, hadisə ilə əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Azərbaycan Ordusunun əsgəri vəfat edib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş