Azərbaycan neftinin qiyməti 86 dollara düşüb

İqtisadiyyat

24.02.2024 - 13:48

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,03 ABŞ dolları, yaxud 2,31 % azalaraq 86,11 ABŞ dolları təşkil edib.

AYNA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 81,62 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az