Dünya bazarında neftin qiyməti bahalaşır
Dünya birjalarında neft qiyməti bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,40 dollar artaraq 70,65 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,33 dollar bahalaşaraq 68,05 dollar olub.
Azərbaycan neftinin də qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,90 dollar artaraq 70,57 dollar təşkil edib.
Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.