Azərbaycan neftinin bir bareli 93 dollardan baha satılır

Xəbərlər

23.09.2022 - 11:28

Dünya birjalarında neft ucuzlaşıb

Dünya birjalarında neft ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,24 dollar azalaraq 90,22 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,23 dollar ucuzlaşaraq 83,26 dollar olub.

Azərbaycan nefti isə bahalaşıb.  “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,1 dollar artaraq 93,7 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az