Azərbaycan nefti 77 dollara satılır

İqtisadiyyat

08.12.2021 - 12:57

Həkimlər Klinikalar SEO Xidməti

Dünya bazarında neftin qiymətində ucuzlaşma olub

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,47 dollar azalaraq 74,97 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,60 dollar ucuzlaşaraq 71,45 dollar olub.

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,74 dollar artaraq 77 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş