Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

İqtisadiyyat

03.02.2024 - 11:32

Neftin qiymətində ucuzlaşma qeydə alınıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,2 ABŞ dolları, yaxud 4,85 % azalaraq 82,3 ABŞ dolları təşkil edib.

AYNA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,70 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az