Dünya birjalarında neftin qiyməti bahalaşıb
Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,35 dollar artaraq 113,49 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,22 dollar artaraq 109,92 dollar olub.
Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 8,87 dollar azalaraq 127,12 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti ötən gün (135,99) qeydə alınmışdı.