Messi koronavirus testindən keçib

İdman

06.09.2020 - 21:48

Test mənfi nəticə verərsə, futbolçu məşqlərə çıxa bilər

 

“Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi komanda ilə məşqdən öncə koronavirus infeksiyasıyla əlaqədar testdən keçib. AYNA xarici mediaya istinadən bildirir ki, xüsusi həkim briqadası ulduz futbolçunun evinə gəlib.

 

Əgər koronavirus testi mənfi nəticə verərsə, futbolçu bazar ertəsindən məşqlərə çıxa bilər.

 

Qeyd edək ki, bundan əvvəl L. Messi “Barselona” klubunu tərk etmək istədiyini bildirib.

Müəllif: Ayna.az