Azərbaycan Milli İncəsənət Muzeyinə direktor təyinatı olub

Mədəniyyət

22.11.2023 - 14:47

Şirin Məlikova muzeyin direktoru təyin edilib

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru vəzifəsinə yeni təyinat olub. Mədəniyyət Nazilriyindən AYNA-ya bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Şirin Yaşar qızı Məlikova muzeyin direktoru təyin edilib.

Şirin Məlikova 1978-ci il noyabrın 4-də Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sənətşünaslıq fakültəsindən məzun olub. 1999–2001-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistraturada oxuyub. 2007-ci ildə "Azərbaycan XIV–XVIII əsrlər bədii parça və tikmələri" mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2008–2019-cu illərdə ADMİU-da və ADRA-da pedaqoji fəaliyyət göstərib. 2016-cı ildən son təyinatadək Azərbaycan Milli Xalça Muzeyinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyinin sabiq direktoru Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev yaşla əlaqədar təqaüdə çıxıb.

Müəllif: Ayna.az