Dünya Türklərinin Həmrəylik Günü qeyd olundu - <font color=red> FOTOLAR</font>

Mədəniyyət

05.10.2019 - 12:08

Həkimlər Klinikalar SEO Xidməti

Müasir İnkişaf Birliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclərin Töhfəsi Birliyi Rəşid Behbudov adına Mahnı Teatrında Türk Dövlətlərinin Birliyi Günü – Dünya Türklərinin Həmrəylik Günü münasibətilə tədbir keçirib

 

AYNA xəbər verir ki, rəsmi və bədii hissədən ibarət olan tədbirdə millət vəkili Hikmət Babaoğlu, ziyalılar, diplomatik korpus və QHT təmsilçiləri, dövlət qurumlarının nümayəndələri, gənclər, sənətçilər, jurnalistlər və s. iştirak ediblər.

 

Tədbir “Ey Turanım!” mahnısının sədaları altında səhnəyə türk ölkələrinin bayraqlarının gətirilməsi və xlaq şairi Zəlimxan Yaqubun “Əzəl axır dünya bizim olacaq” şerinin səsləndirilməsilə başlayıb.

 

Tədbirdə millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Türkiyə səfirinin birinci müavini Barış Saygın, Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Hilal təşkilatının sədri Arzuman Abdulkərimov, Gənclərin Töhfəsi təşkilatının sədri Asim Vəliyevn və Türkiyə Universitetləri Məzunları Birliyinin sədri Çingiz Bayramov çıxış ediblər.

 

Tədbirin bədii hissəsində vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlının, şair-qəzəlxan Hacı Mehtabın, aşıq Fariz Təmirovun, Nuray Rəhmanın, Türkan Məmmədovanın ifasında musiqilər, şeirlər ifa edilib. Eyni zamanda tədbirin baş tutmasında əməyi keçən, türk birliyi uğrunda çalışmalar həyata keçirən şəxslər Fəxri Fərmanla mükafatlandırılıblar.

 

Qeyd edək ki, Türk Dövlət Başçıları 2009-cu ildə hər il 3 oktyabr tarixininTürk Dövlətlərinin Birliyi Günü, başqa adla desək Dünya Türklərinin Həmrəylik Günü kimi keçirilməsi ilə bağlı qərar qəbul ediblər.

 

 

Müəllif: Ayna.az