Əmirbəyov nazirin əmri ilə Ədalət Hacıyevi əvəz edib
Əməkdar artist Oleq Əmirbəyov Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru təyin edilib. AYNA.AZ xəbər verir ki, müvafiq əmri mədəniyyət naziri Adil Kərimli imzalayıb.
Əmirbəyov nazirin əmri ilə Gəncə Dövlət Milli Dram Teatrının direktoru təyin edilən Ədalət Hacıyevi əvəz edib.
Oleq Əmirbəyov 2023-cü ildən mədəniyyət nazirinin müşaviri vəzifəsində çalışır. Ədalət Hacıyev 2008-ci ildən “Rusdram”a rəhbərlik edir.