Ermənistanın müdafiə naziri narahatdır

Siyasət

13.08.2019 - 17:59

Tonoyan: “Hərbçimizin şəkillərinin yayılmasının tərəfdarı deyiləm”

 

"Erməni həbrçinin fərariliyi və könüllü sürətdə Azərbaycan ordusuna təslim olması Ermənistan hakimiyyətində ciddi narahatlıq yaradıb. Dünən bu xəbər yayıldıqdan sonra erməni saytlarının əksəriyyəti Azərbaycandan yayılan xəbərlərə istinad edərək, hərbçilərinin işgəncə görməsi səbəbi ilə fərarilik etdiyini bildirdilər. Yəni ilk başda həqiqəti gizlətmədilər. Bu cür xəbərlərin Ermənistanda ciddi narahatlıq yaratdığını görən İrəvan bir gün sonra senzuranı işə salaraq fərarilik xəbərini korrektə etməyə başladı. Erməni saytları “işgəncə” sözünü “azıb” ifadəsiylə dəyişməyə başlayıblar. Yəni guya həbrçiləru qəsdən təslim olmayıb, “yolu azaraq o tərəfə keçib”".

 

AYNA xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz "Facebook" səhifəsində yazıb. 

 

Politoloq qeyd edib ki, bu versiyanı Ermənistanın müdafiə naziri David Tonoyan da səsləndirib: "O, məsələ ilə bağlı araşdırma aparıldığını desə də, qabaqdangəlmişlik edərək, “hərbçimiz yolu azıb” ifadəsini təkrarlayıb. Yaxşı, bəs, onda işgəncə görüntüləri necə olsun? “Yolu azıbsa” bədənindəki izlər nədən xəbər verir? Bu suallara erməni müdafiə naziri cavab verməkdə çətinlik çəkib. Çünki, erməni həbçinin şəkillərində baş və əl nahiyəsində açıq-aşkar işgəncə əlamətləri var".

"David Tonoyan erməni cəmiyyətini Azərbaycan tərəfinin dezinformasiya yaydığını inandırmağa çalışır. Guya, erməni hərbçinin əlinə “ağ bayraq sonradan verilərək şəkli çəkilib”. Bütün bu havadan götürülən versiyalar əlimizdəki işgəncə görüntüləri ilə alt-üst edilir. Ona görə biz həmin şəkilləri rusdilli saytlarımız vasitəsilə dönə-dönə erməni cəmiyyətinə ötürməli, eyni zamanda həmin hərbçinin səsli etirafları da internetdə yaymalıyıq. Tonoyanın işgəncəni əsk etdirən şəkillərin yayınlanmasından narahatlığı onun bu sözləri də dəlalət edir: “Hərbçimizin şəkillərinin yayılmasının tərəfdarı deyiləm”. Deməli biz bunun əksini etməliyik - deyə siyasi şərhçi vurğulayıb.

Müəllif: Ayna.az