FTX-ya hücumun arxasında nələr gizlənir – <font color=red> İlkin ehtimallar</font>

Siyasət

20.12.2019 - 13:27

Toğrul İsmayıl: “Rusiya Federasiyası qapalı ölkə olduğu üçün dəqiq məlumatlar əldə etmək mümkün deyil”

 

Xəbər verdiyimiz kimi, dünən gecə saatlarında Rusiyanın Moskva şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasına silahlı hücum olub. Bir nəfərin öldüyü, iki nəfərin isə ağır yaralandığı hadisədən sonra bir sıra ehtimallar meydana gəlib. Hadisənin FTX əməkdaşlarının peşə bayramı ilə eyni vaxta təsadüf etməsi isə bu ehtimalları daha da gücləndirib.

 

Maraqlıdır, sözügedən hadisənin arxasında hansı gizli məqamlar var? Türkiyənin KSİU Universitetinin professoru, politoloq Toğrul İsmayıl hadisənin ilkin ehtimalları barədə fikirlərini AYNA-ya açıqlayıb.

 

Politoloqun sözlərinə görə, hadisənin arxasında bir çox ehtimallar var: “Doğrudur, hazırda hadisənin hansı prinsiplər üzərində baş verdiyini demək çətin məsələdir. Digər tərəfdən, Rusiya Federasiyası qapalı ölkə olduğu üçün dəqiq məlumatlar əldə etmək mümkün deyil. Belə ki, bu hadisənin baş verməsinə səbəb FTX-nın daxilində baş verən qarşıdurma da ola bilər, köhnə əməkdaşların qərəzi də. Təbii ki, hadisə baş verən andan bir sıra təzadlı informasiyalar yayılıb. Lakin hələlik dəqiq məlumat yoxdur”.

Mərahim Nəsib