Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub
Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yarımstansiyanın ərazisində transformatorun yanar hissələri və tutumu 40 ton olan yağla dolu çən yanıb.
Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.