Azərbaycan daha 6 erməni hərbçinin meyitini Ermənistana təhvil verib - RƏSMİ

Xəbərlər

23.09.2022 - 19:56

Hərbi Prokurorluğunun iştirakı ilə meyitlərə baxış keçirilib

Azərbaycan sentyabrın 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə ərazidə tapılmış daha 6 erməni hərbçinin meyitini Ermənistan tərəfinə təhvil verib.

Bu barədə AYNA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Meyitlərə Azərbaycan Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilib və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilir.

Müəllif: Ayna.az