“Azərbaycan ABŞ ilə münasibətlərinə xüsusi əhəmiyyət verir” - PREZİDENT

Aktual

04.07.2024 - 12:15

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev: “Enerji sahəsindəki uzunmüddətli və səmərəli birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir”

Azərbaycan ABŞ ilə münasibətlərinə xüsusi əhəmiyyət verir. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 İyul – Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubunda yer alıb.

Dövlət başçısı məktubunda, həmçinin qeyd edib: “Ölkələrimiz mürəkkəb regional çağırışların həlli istiqamətində, terrorizmə qarşı mübarizə və beynəlxalq təhlükəsizlik məsələlərində hər zaman yaxından əməkdaşlıq ediblər. Enerji sahəsindəki uzunmüddətli və səmərəli birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir. Birləşmiş Ştatların Azərbaycanın enerji strategiyasının gerçəkləşməsinə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin reallaşmasına verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndiririk”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş