AZAL Monteneqroya çarter reysləri yerinə yetirəcək

Xəbərlər

23.05.2022 - 16:07

Həkimlər Klinikalar SEO Xidməti

Bakı-Tivat-Bakı marşrutu üzrə reyslər hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək

“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) turoperator “PAŞA Travel” ilə birgə yenidən Monteneqroya çarter reyslərinin yerinə yetirilməsinə başlayacaq.

AZAL-dan AYNA-ya verilən məlumata görə, şirkərt və "PASHA Travel" 2022-ci ilin yay uçuş cədvəli çərçivəsində Çernoqoriyaya çarter proqramının bərpası barədə razılığa gəlib. Belə ki, iyunun 30-dan sentyabrın 1-dək Bakı-Tivat-Bakı marşrutu üzrə reyslər hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək.

Çernoqoriyanın müasir kurort şəhəri olan Tivat Vrmas yarımadasında Boka-Kotor körfəzinin sahilində yerləşir. Tivat Beynəlxalq Hava Limanı - Çernoqoriya sahilində yeganə hava limanıdır və onun ən məşhur kurortları yaxınlığında yerləşir.

Bu istiqamətin əsas üstünlüklərindən biri Azərbaycan vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsidir.

Bakı-Tivat-Bakı marşrutu üzrə aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür. Aviabiletin dəyərinə baqajın pulsuz daşınma norması (23 kq-a qədər ekonom sinfində və 32 kq-də biznes sinfində), həmçinin tam çeşiddə soyuq və isti qidalalar daxildir.

Çernoqoriyaya turizm paketləri həmçinin, Azərbaycanın bütün turizm agentliklərində satışa çıxarılır.

AZAL və “PASHA Travel” 2017-ci ildən bu istiqamət üzrə uğurla əməkdaşlıq edir.

Həmin reyslərdə daşıma üçün müəyyən edilmiş daşıma şərtlərinə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş