Azad olunmuş ərazilərin bərpası üçün xərclənən vəsait məlum olub

İqtisadiyyat

16.10.2024 - 14:26

Həkimlər Klinikalar SEO Xidməti

3 milyard 137,6 milyon manaı sifarişçi təşkilatlar tərəfindən istifadə olunub

2024-cü ilin doqquz ayı ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 64,6 faizi və ya 3 milyard 137,6 milyon manatı sifarişçi təşkilatlar tərəfindən istifadə olunub.

AYNA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 61,4 faizi və ya 1 milyard 728,9 milyon manatı istifadə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş