Azad edilmiş ərazilər minalardan təmizlənir

Xəbərlər

27.02.2023 - 11:57

384 hektar ərazi mina və PHS-lərdən təmizlənib

Qarabağ və Şərqi Zəngəzurda nə qədər mina aşkarlandığı açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatında qeyd edilib.

Bildirilib ki, fevralın 20-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Xocavənd, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda 14 tank əleyhinə mina və 443 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

384 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş