Avropadan Ukrayna və Moldavaya “hə”, Gürcüstana “yox”

Siyasət

17.06.2022 - 15:35

“Ukrayna Avropa dəyərlərinə və standartlarına uyğun yaşamaq istəyini və qətiyyətini açıq şəkildə nümayiş etdirib”

Avropa Komissiyası Ukraynaya və Moldovaya Avropa İttifaqına (Aİ) namizədi statusu verilməsini tövsiyə edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bunu Komissiyanın Prezidenti Ursula von der Leyen açıqlayıb.

“Ukrayna Avropa dəyərlərinə və standartlarına uyğun yaşamaq istəyini və qətiyyətini açıq şəkildə nümayiş etdirib”, - deyə von der Leyen bildirib.

Lakin Avropa Komissiyası Gürcüstana namizəd statusu verilməsini tövsiyə etməyib. “Biz Şuraya tövsiyə edirik ki, Gürcüstana namizəd statusu verməkdənsə, ona Avropa perspektivi versin, onun şərtlərə necə cavab verdiyini qiymətləndirsin”, - deyə von der Leyen qeyd edib.

Müəllif: Ayna.az