Parlamentin Alt Komitəsi növbədənkənar iclasının gündəliyinə Gürcüstan məsələsini daxil edib
Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsi (DROI) bu gün növbədənkənar iclasında Gürcüstanla bağlı məsələni müzakirə edəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, gündəliyin əsas məsələsi Alt Komitə nümayəndələrinin mayın 26-28-də Gürcüstana səfərinə dair hesabatdır.
Avropa Parlamenti bundan əvvəl Gürcüstanla bağlı bir sıra tənqidi qətnamələr qəbul edib, o cümlədən Aİ-ni “Gürcü Arzusu” ilə əlaqəli elitaya və şəxsən Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Buna cavab olaraq Gürcüstanın hakim partiyası bu qətnamələrin “dərin dövlət”in təsiri altında qəbul edildiyini iddia edir və Avropa Parlamentinin Gürcüstan üzrə məruzəçisi Rasa Juknevicieneni “virus” adlandırır.