Deputatlardan 175-i Leyenə etimadsızlıq səsverməsini dəstəkləyib, 553-ü onun əleyhinə çıxıb
Avropa Parlamenti Strasburqda keçirilən plenar iclasda Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenə etimadsızlıq səsverməsini rədd edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, iclas Avropa Parlamentinin rəsmi saytında yayımlanıb.
Deputatlardan 175-i Leyenə etimadsızlıq səsverməsini dəstəklədiyi halda 553-ü onun əleyhinə səs verib, 18-i isə bitərəf qalıb.
Xatırladaq ki, etimadsızlıq səsverməsi ilə bağlı təklif Avropa Parlamentinin rumıniyalı deputatı George Piperya tərəfindən irəli sürülüb. O Leyeni və Avropa Komissiyasını pandemiya zamanı şəffaflığın olmamasında və zəif idarəetmədə günahlandırıb.