Əsas mövzular Aİ ilə ABŞ arasında yeni ticarət müharibəsi riskləri və Vaşinqtonun Kiyevə dəstəyinin azalması olacaq
Avropa İttifaqı (Aİ) liderləri noyabrın 7-8-də Budapeştdə keçiriləcək sammitdə Respublikaçılar Partiyasının namizədi Donald Trampın ABŞ prezident seçkilərində qələbə qazanmasından sonra Aİ-nin gələcək addımları ilə bağlı təcili müzakirə aparacaqlar. AYNA xəbər verir ki, bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə məlumat verib.
Əsas mövzular Aİ ilə ABŞ arasında yeni ticarət müharibəsi riskləri və Vaşinqtonun Kiyevə dəstəyinin azalması olacaq.
“Budapeştdəki qeyri-rəsmi sammit liderlər üçün Aİ-nin Trampın qələbəsinin nəticələrinə hazırlığı ilə bağlı təcili müzakirə aparmaq üçün yaxşı fürsət olacaq. Burada bu hadisə iki əsas risklə əlaqələndirilir - ABŞ-la iqtisadi münasibətlərin çətinləşməsi, yeni ticarət müharibəsi və Ukraynaya hərbi yardımın azaldılması ehtimalı”, - diplomat qeyd edib.