Sanksiyaların ləğvinin ölkənin Mərkəzi Bankına da təsir edəcəyi gözlənilir
Avropa İttifaqı (Aİ) Suriyaya qarşı sanksiyaları ləğv etməyə razılaşıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas dünən sanksiyaların ləğvi barədə danışıqların getdiyini deyib.
Sanksiyaların ləğvinin ölkənin Mərkəzi Bankına da təsir edəcəyi gözlənilir. Aİ öz üzvlərinə Suriyanın müdafiə və daxili işlər nazirliklərini ölkənin yenidən qurulması, terrorizmlə mübarizə və nəzarətsiz miqrasiya ilə mübarizə sahəsində əməkdaşlıq üçün maliyyələşdirməyə icazə verəcək.