Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar barədə ABŞ-la razılığa gəlib

Dünya

22.09.2025 - 15:08

Fransanın xarici işlər naziri: “Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ABŞ ilə razılaşdırılıb”

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ABŞ ilə razılaşdırılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot “TF1” telekanalına müsahibəsində bildirib.

“Bu yeni, genişmiqyaslı sanksiyalar paketi Donald Trampın hakimiyyətə qayıtmasından sonra ABŞ ilə razılaşdırılmış ilk paketdir”, - diplomat bildirib.

Barrot əlavə edib ki, yeni məhdudiyyətlər tezliklə tətbiq olunacaq. Nazir dəqiq tarixi açıqlamayıb.

Bundan əvvəl Avropa İttifaqının iqtisadi və sosial məsələlər üzrə komissarı Valdis Dombrovskis bildirmişdi ki, Avropa İttifaqı (Aİ) Rusiyadan neft alışına məhdudiyyətləri yeni, 19-cu sanksiyalar paketinə daxil etməmək qərarına gəlib. Kopenhagendə Aİ iqtisadiyyat və maliyyə nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransı zamanı o yeni sanksiyaların neftə təsir etməyəcəyini, mayeləşdirilmiş təbii qaza təsir edəcəyini izah edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş