Avropa İttifaqı Rusiyaya qarşı 15-ci sanksiyalar paketini qəbul edib

Dünya

16.12.2024 - 17:50

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya, Çin və Şimali Koreyadan 84 fiziki şəxs və şirkətlər, o cümlədən Rusiyadan neft daşıyan tankerlər “qara siyahı”ya salınıb

Avropa İttifaqı (Aİ) Şurasının xarici işlər nazirləri səviyyəsində verdiyi bəyanata görə, Aİ Rusiya, Çin və Şimali Koreyadan 84 fiziki şəxs və şirkətləri, o cümlədən Rusiyadan neft daşıyan tankerləri “qara siyahı”ya salaraq 15-ci sanksiyalar paketini qəbul edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə nazirlərin bəyanatında vurğulanıb.

“Aİ Şurası 54 fiziki şəxs və 30 quruma qarşı 15-ci sanksiyalar paketini təsdiqləyib”, - deyə məlumatda bildirilib.

Sanksiyalar digər məsələlərlə yanaşı, “iki Şimali Koreya rəsmisi”nə və Aİ-nin Rusiyaya elektronika və dron komponentləri verməkdə şübhəli olduğu Çin şirkətlərinə qarşı tətbiq edilib.

“Yeddilik Qrupu”nun (G7) tətbiq etməyə çalışdığı “qiymət tavanları”na baxmayaraq, Rusiya neftini daşıyan tankerlərə də məhdudiyyətlər qoyulub. Sanksiyalar Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Aİ həmçinin Çin, Hindistan, İran, Serbiya və BƏƏ-dən olan 32 şirkətə Rusiyaya ikili təyinatlı mallar tədarük etdiyinə görə ixrac məhdudiyyətləri tətbiq edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş