Atasını döyüb öldürməkdə şübhəli bilinən şəxs tutulub

Hadisə

23.11.2022 - 11:12

Həkimlər Klinikalar SEO Xidməti

Cinayət işi başlanıb, araşdırma davam edir

Gədəbəy rayon sakini Vaqif Cəfərovun ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirməsi və V. Cəfərovun ailə üzvləri tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi və orada dünyasını dəyişməsi ilə bağlı Gədəbəy rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları müvafiq araşdırmaya başlayıb.

Bu barədə AYNA-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmalar nəticəsində V. Cəfərovun ölümündə şübhəli bilinən oğlu, Asəf Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib, hazırda rayon prokurorluğunda cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş