Astarada torpaq sürüşməsi baş verib

Xəbərlər

07.10.2022 - 12:59

cedabet dərman SEO Xidməti

Sım sakini üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurulub

Astarada torpaq sürüşməsi olub. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, nazirliyə Astara rayonunun Sım kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakini Xalıqov Xətai Xanoğlan oğluna məxsus evin yaşayış üçün təhlükəli vəziyyətə düşməsi barədə məlumat daxil olub.

Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları Sım kənd sakini Xalıqov Xətai Xanoğlan oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev quraraq vətəndaşa təhvil verib.

Astarada torpaq sürüşməsi baş verib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş