AQTA heyvan kəsimi məntəqələrində reyd keçirib

Xəbərlər

21.02.2020 - 16:59

Həkimlər Klinikalar SEO Xidməti

Qanunsuz heyvan kəsimində istifadə olunan dəmir qurğular ləğv edilib

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi (AQTA) Agentliyi Yevlax rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirib.

 

AYNA-ya AQTA-dan verilən məlumata görə, qurum istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

 

Belə ki, Agentliyin əməkdaşları Yevlax rayonu, Aran qəsəbəsində qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçiriblər.

 

Reyd zamanı həmin məntəqələrdə heyvan kəsiminin antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi aşkarlanıb. Bununla əlaqədar olaraq qeyri-qanuni fəaliyyət göstərən kəsim yerlərində yol kənarında qurulmuş və qanunsuz heyvan kəsimində istifadə olunan dəmir qurğular ləğv edilib.

Yevlaxda qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb

Həmçinin qeyri-qanuni kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə göstərişlər verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş