“Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam etdirilir”
Qarabağda aparılan antiterror tədbirləri zamanı 60-dan çox döyüş mövqeyi Silahlı Qüvvələrimizin nəzarətinə keçib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov keçirdiyi brifinqdə deyib.
Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam etdirilir.