ANAMA həftəlik məlumatı açıqlayıb

Xəbərlər

28.06.2022 - 15:14

Ötən həftə azad edilmiş ərazilərin 774 hektarı minalardan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AYNA-ya verilən məlumata görə, iyunun 20-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 25 piyada əleyhinə mina, 31 tank əleyhinə mina və 147 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 774 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az