Altıağac Milli Parkında yanğın başlayıb

Hadisə

23.09.2022 - 16:59

Əngilan kəndinin biçənək sahəsindən başlayan yanğın parka keçib

Xızı rayonunun Əngilan kəndinin biçənək sahəsindən başlayan yanğın sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçib.

AYNA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, hazırda nazirliyin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Müəllif: Ayna.az